Ərdoğan müalicə alan mədən işçilərini ziyarət edib

Ərdoğan müalicə alan mədən işçilərini ziyarət edib
  16 Oktyabr 2022    Oxunub:1141
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında mədəndə baş verən partlayış zamanı xəsarət alaraq müalicə üçün İstanbulda yerləşdirilən mədən işçilərini ziyarət edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasında müalicəsi davam edən işçilərin sağlamlıq vəziyyəti ilə bağlı məlumatlandırılıb.

Mediaya açıqlama verən Türkiyə Prezidenti bildirib ki, hadisə, eləcə də yaralı işçilərlə bağlı bütün işlər həkimlər və aidiyyəti qurumlar tərəfindən icra edilir.

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb. Yaralanan mədən işçilərindən altısı İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti