İsrail Ukraynaya hərbi yardım göstərməlidir - Nazir

 İsrail Ukraynaya hərbi yardım göstərməlidir -  Nazir
  16 Oktyabr 2022    Oxunub:1074
İranın Rusiyaya ballistik raketlər tədarük etməsi ilə bağlı məlumatlar ortaya çıxandan sonra İsrail Ukraynaya hərbi yardım göstərməyə başlamalıdır. Bu barədə İsrailin diasporla iş üzrə naziri Naman Şai öz "Twitter" səhifəsində yazıb.
"Bu gün səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər verir. Artıq İsrailin bu qanlı münaqişədə hansı mövqe tutacağına heç bir şübhə yoxdur. ABŞ və NATO ölkələri kimi Ukraynaya hərbi yardım göstərməyin vaxtı çatıb. edin”, – İsrailli nazir yazıb.

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı başlayandan İsrail Kiyevə yalnız humanitar yardım və mülki fövqəladə hallar xidmətinin əməkdaşları üçün məhdud miqdarda qoruyucu vasitələr təqdim edir.

Bazar günü İsrailin dövlət televiziya və radio şirkəti KAN Washington Post qəzetinə istinadən İranın Rusiyaya öz istehsalı olan ballistik raketlər verdiyi barədə məlumat yayıb. Nəşr yazır ki, İran həmçinin Rusiyaya əlavə pilotsuz uçuş aparatları verməyə hazırlaşır.


Teqlər:



Xəbər lenti