Qubada ana və köpə ölümünün səbəbi açıqlandı

"Pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub.
Mərkəzin Qəbul bölməsinə yerləşdirilən xəstəyə həkim heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. İlkin müdaxilə zamanı pasiyentdə hemorragik şok, uşaqlığın çapığının cırılması və onun bətnində ölü döl olduğu məlum olub.
Pasiyentə göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Aytən Zəhra
AzVision.az
Teqlər: