Ukraynada bir gecəyə 30 İran PUA-sı vuruldu

   Ukraynada bir gecəyə    30 İran PUA-sı    vuruldu
  17 Oktyabr 2022    Oxunub:1195
Oktyabrın 16-dan 17-nə keçən gecə cənub istiqamətində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri üç saat ərzində 15 kamikadze Pilotsuz Uçuş Aparastını (PUA), şərqdə isə 3 qanadlı raketi məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Oktyabrın 17-də saat 03.30-dan 06.50-dək "Cənub" hava komandanlığının hava hücumundan müdafiə qüvvələri tərəfindən 15 pilotsuz təyyarə vurulub ki, bunların 6-sı Odessa vilayəti, 9-u Nikolayev vilayəti üzərində yerə salınıb. Ümumilikdə 26 ədəd "Şahed-136" PUA -sı məhv edilib", - məlumatda deyilir.

Qeyd edilir ki, bundan başqa, ruslar müxtəlif növ qanadlı raketlərlə şərq istiqamətində mühüm infrastruktur obyektlərinə hücum edib.

"Üç raket Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri tərəfindən məhv edilib", - komandanlıq qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   PUA   Rusiya  



Xəbər lenti