Aİ Azərbaycan sərhədinə 400 müşahidəçi göndərir

 Aİ Azərbaycan sərhədinə    400 müşahidəçi    göndərir
  17 Oktyabr 2022    Oxunub:1329
Avropa İttifaqının (Aİ) Ermənistan ərazisindəki mülki missiyasına ilkin olaraq 400-ə yaxın müşahidəçi cəlb ediləcək. AzVision.az xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə açıqlama verən Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
O qeyd edib ki, məsələnin aktuallığı ilə əlaqədar olaraq ilk müşahidəçilərin Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcəyini vurğulayıb.

Qeyd edək ki, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda planlaşdırılan görüş keçirəcək. Görüşün gündəmində Ukrayna münaqişəsi olacaq. Bundan əlavə, nazirlərin Azərbaycan-Ermənistan sərhədindəki problemlərin həllinə yardım etmək üçün mülki missiyanı təsdiqləyəcəklər. Missiyanın bu gün təsdiqlənməsi gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronla birgə görüşdən sonra Avropa Şurası elan etdi ki, oktyabrda Aİ-nin mülki missiyası fəaliyyətə başlayacaq və onun fəaliyyəti iki ay davam edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sərhəd     Azərbaycan   Ermənistan  



Xəbər lenti