Paşinyandan sensasion tvit: Ermənistanı “Qərbi Azərbaycan” sayır

      Paşinyandan sensasion tvit:    Ermənistanı    “Qərbi Azərbaycan”    sayır
  17 Oktyabr 2022    Oxunub:2768
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində keçid məntəqələrinin yaradılması ilə bağlı tvit paylaşıb. O yazıb ki, bir neçə aydır Ermənistan hökuməti “Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqənin yaranmasını təmin edəcək 3 buraxılış məntəqəsinin açılması ilə bağlı ilkin qərarı müzakirə edir və Azərbaycanın reaksiyasını gözləyir”.
Burada maraq doğuran hadisənin özündən çox, Paşinyanın “Şərqi Azərbaycan” ifadəsini işlətməsidir. Çünki əgər Ermənistanla sərhəd ərazilərimiz “Şərqi Azərbaycan”dırsa, deməli, avtomatik olaraq, indiki Ermənistan torpaqları Qərbi Azərbaycandır. Və bunu başqası yox, Ermənistanın baş naziri özü etiraf edir.



Tvitdəki ifadəni texniki səhv saymaq düz olmazdı. Bu, daha çox psixoloji məsələdir: görünür, Ermənistan dövlətinin Qərbi Azərbaycan torpaqlarında qurulmuş olması barədə tarixi həqiqətlər daha çox təkrarlandıqca, erməni ictimai və siyasi şüuru da artıq bu düşücə şablonları ilə işləməyə başlayır. Paşinyan isə özünü təlxəkliyə qoysa da, axmaq adam deyil və tarixi gerçəkliyi bilir.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Paşinyan  



Xəbər lenti