Kiyevə hava zərbəsi: ölənlər var

   Kiyevə hava zərbəsi:    ölənlər var
  17 Oktyabr 2022    Oxunub:1114
Kamikadze pilotsuz uçuş aparatları ilə yaşayış binasına hücum nəticəsində Kiyevdə ölənlərin sayı 3-ə çatıb. Bu barədə Ukrayna prezidentinin ofisindən bildirilib.
Saat 12:25-ə olan məlumata görə, Ukrayna prezident administrasiyası 19 nəfərin xilas edildiyini, 4 nəfərin yaralandığını, 3 nəfərin öldüyünü bildirib. Kiyev meri Vitali kliçko bildirib ki, bir nəfər dağıntılar altında qalıb. Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları davam edir. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Bu gün saat 06:23-də Kiyevdə təxminən üç saat davam edən hava hücumu xəbərdarlığı elan edilib. Rusiya Kiyevə kamikadze dronlarla hücum edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti