Almaniyada xəstəxanalar enerji böhranına görə bağlana bilər

   Almaniyada xəstəxanalar enerji böhranına görə bağlana bilər
  17 Oktyabr 2022    Oxunub:1738
Almaniyada xəstəxanalar enerji və inflyasiya böhranı səbəbindən iflas təhlükəsi ilə üz-üzədir.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax Birinci Televiziya Kanalına müsahibəsində deyib. O bildirib ki, ölkənin xəstəxanaları yaxın aylarda maliyyə likvidliyi ilə bağlı problemlər yaşayacaq:

"Xəstəxanaların çoxunun xüsusi bir vəziyyətə sahib olduğu aydındır. Əgər tez və həqiqətən təsirli reaksiya verməsək, bağlanacaqlar".

Karl Lauterbax xəstəxanalara özəl vəsait ayrılmasına mənfi münasibət bəslədiyini ifadə edərək, "hər sahə üçün özəl fondlar yarada bilmərik", deyib.

Qeyd edək ki, daha əvvəl Alman Xəstəxanalar Birliyi enerji qiymətlərinin həddindən artıq artması və yüksək inflyasiya səbəbiylə ölkədəki xəstəxanaların 40 faizinin iflas ərəfəsində olduğunu bildirmişdi.

Aytən Zəhra
AzVision.az



Teqlər: Almaniya   Xəstəxana  



Xəbər lenti