"Çin Avropaya qaz tədarükünü dayandırır" - Bloomberg

   "Çin Avropaya qaz tədarükünü dayandırır" -    Bloomberg
  17 Oktyabr 2022    Oxunub:1086
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun səkkizinci ayında Çinin dövlət şirkətləri olan "PetroChina Co", "Sinopec" və "Cnooc Ltd"yə maye qazı Avropa və Asiyaya satmamaq tapşırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Ərdoğan: “Avropanı çətin qış gözləyir”
Qeyd edilir ki, sifariş Çin Milli İnkişaf və İslahat Komissiyasından verilib. Bu qərar Çinin istilik mövsümünə keçməsini təmin etmək məqsədilə qəbul edilib.

Nəşrin fikrincə, qaz anbarlarının Avropa ölkələri tərəfindən doldurulması və yüksək çatdırılma xərcləri də Çindən yanacaqların təkrar çatdırılmasının cəlbediciliyini azaldıb.

Məqalədə qeyd olunur ki, Çinin məlum qərarı qarşıdakı soyuq qışda bölgənin enerji böhranını daha da dərinləşdirə bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Qaz   Avropa  



Xəbər lenti