Ermənistanda bələdiyyə işçisi rüşvətə görə saxlanıldı

   Ermənistanda bələdiyyə işçisi rüşvətə görə saxlanıldı
  17 Oktyabr 2022    Oxunub:1000
İrəvan meriyasının Kentron bələdiyyəsinin əməkdaşı rüşvət aldığı üçün saxlanılıb. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Birinci dərəcəli mütəxəssis E.V. 2022-ci ilin iyun-avqust aylarında həmin ərazidə ticarət fəaliyyəti ilə məşğul olan 3 nəfərdən rüşvət alıb.

Onlar bələdiyyə işçisinə rüşvət veriblər ki, qanun pozuntularına göz yumsun və heç bir tədbir görməsin. Onlar bələdiyyə işçisinin hesabına vaxtaşırı 10-25 min dram köçürüblər.

Oktyabrın 17-də bələdiyyə işçisi rüşvət alarkən saxlanılıb.

İstintaq davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti