ABŞ nümayəndə heyəti Ermənistana gəlib

   ABŞ nümayəndə heyəti Ermənistana gəlib
  17 Oktyabr 2022    Oxunub:1187
ABŞ Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Praysın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana gəlib.
Bu barədə Ermənistanın qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 18-də Prays və Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Eduard Ağacanyan mətbuat konfransı keçirəcəklər.

Praysla birlikdə konqresmenlər Diana Deget, Cim Kuper və Endi Levin də Ermənistana gəliblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti