Rusiyadan Gürcüstana pul köçürmələri 4 dəfə artıb

   Rusiyadan Gürcüstana pul köçürmələri 4 dəfə artıb
  17 Oktyabr 2022    Oxunub:845
2022-ci ilin 9 ayının nəticələrinə görə, Rusiyadan Gürcüstana 1,135 milyard dollar və ya 70,8 milyard rubl vəsait köçürülüb. Bu rəqəm 2021-ci ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çox olub.
Bu barədə Gürcüstan Milli Bankının saytında məlumat verilib. Rusiya bu ölkəyə pul köçürmələrinin həcminə görə lider olub. Sentyabrda köçürmələrin həcmi 350% artıb, Gürcüstan banklarına köçürmələrin 44,9%-i bu ölkənin payına düşüb. Bu, daha çox Ukraynadakı münaqişənin kəskinləşməsi ilə əlaqədar Rusiyada elan edilən səfərbərliklə bağlıdır.

İlin əvvəlindən Gürcüstan banklarına köçürülən vəsaitlərin həcminə görə İtaliya böyük geriləmə ilə ikinci yerdədir, oradan Gürcüstana təxminən 317 milyon dollar göndərilib.Üçüncü yeri ABŞ (234 milyon dollar) tutub.

Ümumilikdə, cari ilin əvvəlindən Gürcüstana bütün dünyadan 2,8 milyard dollar vəsait köçürülüb ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 66% çoxdur.


AzVision.az



Teqlər:



Xəbər lenti