Britaniyada quş qripi aşkar edilib

Britaniyada quş qripi aşkar edilib
  17 Oktyabr 2022    Oxunub:1142
Uels hökuməti İngiltərədəki bir müəssisənin quşlarında quş qripinin aşkar edildiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb. Yüksək patogen H5N1 quş qripinin olması hadisə yerində Uels üzrə Baş Baytarlıq Mütəxəssisi vəzifəsini icra edən Gevin Votkins tərəfindən təsdiqlənib. Bu, oktyabrın 1-dən bəri Uelsdə təsdiqlənmiş ilk quş qripi hadisəsidir.

Böyük Britaniyanın səhiyyə agentlikləri virusun ictimai sağlamlıq riskinin çox aşağı olduğunu, qida standartları agentlikləri isə quş qripinin qida təhlükəsizliyi üçün çox aşağı risk yaratdığını bildirib. Xəstəliyin yayılması riskini məhdudlaşdırmaq üçün çirklənmiş ərazinin ətrafında 3 km mühafizə və 10 km müşahidə zonası elan edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti