Bloomberg: Putinin sanksiyalara cavabı Aİ-ni parçalaya bilər

      Bloomberg:    Putinin sanksiyalara cavabı Aİ-ni parçalaya bilər
  17 Oktyabr 2022    Oxunub:1200
Rusiya prezidenti Vladimir Putinin Moskvanın məhdudiyyətləri dəstəkləyən ölkələrə neft və qaz tədarük etməyəcəyi ilə bağlı bəyanatı Avropa İttifaqının (Aİ) tədricən parçalanmasına səbəb ola bilər.
Bu barədə Bloomberg məlumat yayıb. Nəşrin yazdığına görə, Rusiyanın tədarükün məhdudlaşdırılması ilə bağlı bəyanatlarından sonra Avropa daha bir problemlə üzləşib. Eyni zamanda Avropa qərarların koordinasiyası ilə xroniki problemlərini həll etməlidir:

“Əgər nə pandemiya, nə də Rusiya ilə hibrid qarşıdurma Aİ-ni belə bir ehtimalı düşünməyə vadar edə bilməzsə, nə olacağını təsəvvür etmək çətindir. Avropa nə qədər gözləsə, onun birləşmə təcrübəsinin uğursuzluqla nəticələnəcəyi ehtimalı bir o qədər yüksəkdir”.


AzVision.az



Teqlər:



Xəbər lenti