Avropa Çin və Rusiyanın yaxınlaşmasından narahatdır

   Avropa Çin və Rusiyanın yaxınlaşmasından narahatdır
  17 Oktyabr 2022    Oxunub:907
Çin, Ukraynada hərbi əməliyyata başlayandan sonra Rusiyanın dəstəyi ilə Qərb demokratiyası ilə birbaşa rəqabətə girdi.
Bu barədə “Financial Times” Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin sammitdə müzakirə etdikləri sənədə istinadən yazıb. Sənəddə deyilir ki, son aylarda Çin və Rusiya arasında əlaqələrin güclənməsi narahatedici əlamətdir və Pekinin Moskvanı dəstəkləməsi Çini Qərb demokratiyası ilə daha birbaşa rəqabətə girməyə vadar edib.

Aİ dövlətlərinə Çindən asılılığı azaltmaqla ABŞ və Hind-Sakit okean regionunun digər ölkələri ilə daha sıx əməkdaşlıq etmək tövsiyə olunur. Çinlə əməkdaşlıq potensialı yalnız səhiyyə və ətraf mühit sahələrində tanınır.


AzVision.az



Teqlər:



Xəbər lenti