Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını 50% artırıb

Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını 50% artırıb
  17 Oktyabr 2022    Oxunub:1038
Avropa ölkələri 2022-ci ilin yanvar-sentyabr ayları arasında “Qazprom”dan boru kəməri tədarükünün azalması fonunda Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışını 50% artıraraq 15 milyard kubmetrə çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. Avropa Komissiyasının nümayəndəsi Tim Makfi bildirib ki, 2022-ci ilin ilk doqquz ayında Aİ Rusiyadan LNG idxalını 50% artıraraq 15 milyard kubmetrə çatdırıb. Eyni zamanda, bu il regionun ümumi LNG idxalında Rusiyanın payı 17% təşkil edib.

Analitiklər hesab edirlər ki, mayeləşdirilmiş təbii qaz tədarükü tranzit ölkələrindən asılılıq olmadığı üçün Rusiya qazının ixracının şaxələndirilməsi üçün effektiv vasitəyə çevrilib. Bundan əlavə, bu yanaşma Şimal axınında baş verən təxribatdan sonra aktuallaşıb.

Eyni zamanda, geosiyasi risklər və enerji bazarında uzunmüddətli proqnozlardakı çətinliklər səbəbindən hələlik yeni qaz kəmərləri çəkməmək daha yaxşıdır.


AzVision.az



Teqlər:



Xəbər lenti