Rusiyada qırıcı binaya çırpıldı: 13 nəfər ölüb

   Rusiyada qırıcı binaya çırpıldı:    13 nəfər ölüb
  18 Oktyabr 2022    Oxunub:1279
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısı yaşayış ərazisinə çırpılıb. Hadisə nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti