İran sərhədçiləri ilə taliblər arasında atışma olub

   İran sərhədçiləri ilə taliblər arasında atışma olub
  18 Oktyabr 2022    Oxunub:1370
Əfqanıstanın Taliban hərəkatının hərbçiləri ilə İran sərhədçiləri arasında toqquşma olub. AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
8am.media yazır ki, insident Əfqanıstanın Zaranc şəhəri (Nimroz əyaləti-red.) yaxınlığındakı “Abrişem” körpüsündə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, iranlılar qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki yük maşınına atəş açıblar. Buna səbəb sürücülərin onların dayanmaq tələbinə cavab verməməsi olub.

"Birinci avtomobil ərazidən uzaqlaşa bilib. İranlılar ikinci maşının hərəkətinin qarşısını alamağa çalışıblar. Nəticədə avtomobil dayanıb və sərhədçilər bundan sonra sürücünü döyməyə başlayıblar.

Taliban isə məlum insidentə iranlı sərhədçilərə atəş açmaqla cavab verib. Atışma bir saatdan çox davam edib", - nəşr yazıb.

"Sputnik Əfqanıstan" Telegram kanalı isə məlumat yayıb ki, sonra tərəflər danışıqlara başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Əfqanıstan   İran  



Xəbər lenti