Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq
A.Maqsudov deyib ki, qara qurd, sarı və qara əqrəblərdən zəhərlənənlər arasında Aran rayonlarında - Yevlax, Bərdə, Hacıqabul, Kürdəmir və Bakı ətrafı rayonlarda yaşayan insanlar üstünlük təşkil edirlər. Kənd təsərrüfatı işlərinin görüldüyü ərazilərdə çalışan insanlar da belə zəhərlənmələrə məruz qalırlar.
Toksikoloqun sözlərinə görə, aprelin 20-dən sonra gürzə ilanının çalması nəticəsində zəhərləniş 6 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 5-i artıq evə buraxılıb. Hazırda xəstəxanada ilan sancması nəticəsində zəhərlənmiş Hacıqabulda yaşayan, 43 yaşlı qadın müalicə olunur. Yaxın günlərdə həmin qadın da evə buraxılacaq. İlan sancması nəticəsində zəhərlənən digər şəxslər Bakı və Bakı ətrafı kəndlərdə yaşayan şəxslər olub.
A.Maqsudov bildirib ki, bu ilin əvvəlindən dərmanların əlavə təsirləri ilə əlaqədar 38 nəfər xəstəxanaya müraciət edib. Yalnız aprel ayında 14 nəfər dərmanların əlavə təsirləri ilə əlaqədar KTM-yə müraciət edib.
Teqlər: