ABŞ Rusiya taxılının bazarlara çıxmasına zəmanət verdi

   ABŞ Rusiya taxılının bazarlara çıxmasına zəmanət verdi
  18 Oktyabr 2022    Oxunub:1085
ABŞ Rusiya taxılının və digər kənd təsərrüfatı məhsullarının bazarlara çıxmasına zəmanət verib.
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. “Amerikalı tərəfdaşlarımızla söhbətlərimizdə Rusiya məhsullarının bazarlara çıxması üçün heç bir maneə olmayacağına dair zəmanət aldıq, sualları aradan qaldırmaq üçün bunu ictimailəşdirməyi təklif etdik”-deyə, o bildirib.

O əlavə edib ki, Ankara “taxıl sövdələşməsi”nin davam etdirilməsi ilə bağlı hələlik Moskvadan dəqiq cavab almayıb: “Türkiyə və BMT bu mövzuda Rusiya ilə təmaslarını davam etdirir, razılaşmanı altı ay və ya bir il uzatmaq bizim üçün ideal olardı”.

AzVision.az


Teqlər:



Xəbər lenti