"Borisi geri qaytarın": 15 min britaniyalı petisiya imzaladı

      "Borisi geri qaytarın":    15 min britaniyalı petisiya imzaladı
  18 Oktyabr 2022    Oxunub:869
Təxminən 15 min britaniyalı keçmiş baş nazir Boris Consonun hakimiyyətə qayıtması üçün üç gündən az müddətdə petisiya imzalayıb. Bu barədə petisiyanı yaradan Britaniyanın Conservative Post informasiya resursu məlumat yayıb.
"Biz təxminən 15.000 imza toplamışıq", -deyə portalın "Twitter"dəki hesabında ​​deyilir.

Petisiyanın müəllifləri yazır ki, 14 milyon insanın səs verdiyi Conson parlamentarilər arasındakı bir qrup tərəfindən qeyri-demokratik şəkildə vəzifədən uzaqlaşdırılıb. O da qeyd olunur ki, indiki vəziyyətdə növbəti parlament seçkilərində seçki fəlakətinin qarşısını ancaq o ala bilər.

Trassın rəhbərlik etdiyi Britaniya hökuməti iqtisadiyyatı dəstəkləyən yeni planla bağlı tənqidlərlə üzləşib və onu həyata keçirmək üçün hökumətin dövlət borcunun həcmini artıracağından qorxur.

Plan parlamentdə keçmiş maliyyə naziri Kvazi Kvartenq tərəfindən təqdim edilmiş və vergilərin kütləvi şəkildə azaldılmasını tələb etmişdi.

İqtisadiyyatı dəstəkləyən qalmaqallı planın müəllifi Kvartenq vəzifəsini tərk etdi, onu İngiltərənin keçmiş xarici işlər naziri Ceremi Hant əvəz etdi və bu planın demək olar ki, bütün tədbirlərini ləğv etdi.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti