Politico: Aİ sammitində İrana qarşı sanksiyalar müzakirə olunacaq

      Politico:    Aİ sammitində İrana qarşı sanksiyalar müzakirə olunacaq
  19 Oktyabr 2022    Oxunub:1009
Avropa Komissiyası Aİ-nın oktyabrın 20-21-də keçiriləcək sammitində Rusiyaya pilotsuz təyyarələr verməsi ilə bağlı İrana qarşı yeni sanksiyalar layihəsini müzakirəyə təqdim edəcək. Bu barədə “Politico” qəzeti Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
“İranın beş fiziki və üç hüququ şəxsinə qarşı yeni sanksiyalar tətbiq olunacaq. Bu sanksiyalar iranlı etirazçıların təqib və öldürülməsinə görə bazar ertəsi İrana qarşı razılaşdırılmış sanksiyalara əlavə olacaq.

Bildirilib ki, Aİ səfirləri çərşənbə günü bu sanksiyalarla bağlı razılığa gələcək. Bundan sonra sanksiyalar cümə axşamı və cümə günü Brüsseldə Aİ dövlət və hökumət başçılarının sammitində təqdim olunacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti