"Putin ağıllarını başlarına yığmaq üçün çox şans verdi" - Kadırov

   "Putin ağıllarını başlarına yığmaq üçün çox şans verdi" -    Kadırov
  19 Oktyabr 2022    Oxunub:934
Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, bundan sonra Ukraynada xüsusi hərbi əməliyyat “başqa cür” baş tutacaq. Bu barədə o, Telegram kanalında yazıb.
Çeçenistan lideri qeyd edib ki, Axmata xüsusi təyinatlılarının komandanı, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Apta Alaudinovla son günlər baş verənlərlə bağlı hər şeydə razıdır. Kadırov Ukraynanın hərbi idarəsi və energetikasının atəşə tutulmasına işarə edib.

“Rusiya dəfələrlə satanistlərə ağıllarını başlarına yığmaq üçün şans verdi. Amma bizi eşitmədilər. İndi hər şey fərqli olacaq, şərtləri biz diktə edəcəyik”, – Kadırov yazıb.

Qeyd edək ki, bir gün əvvəl Kadırov övladlarının və bacısı oğullarının Donbassda xüsusi hərbi əməliyyat zonasına səfər etdiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti