Avropadan Serbiyaya qanunsuz miqrasiya ilə bağlı müraciət

Avropadan Serbiyaya qanunsuz miqrasiya ilə bağlı müraciət
  19 Oktyabr 2022    Oxunub:780
Avropa Komissiyası vizasız səyahət imkanı sayəsində Serbiyadan Avropa İttifaqı (Aİ) ərazisinə qeyri-qanuni miqrasiyanın mümkün qədər tez dayandırılmasını istəyib.
Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson Qərbi Balkan marşrutu ilə Avstriya, Macarıstan və Belçika kimi Aİ-yə üzv ölkələrə qanunsuz miqrasiyanın çox ciddi şəkildə artdığını deyib. Bu şəxslərin vizasız Serbiyaya daxil olduğu, daha sonra sığınacaq üçün Aİ ölkələrinə getdiyini bildirilib.

Y.Yohansson Serbiyadan bu qanunsuz miqrasiyanın qarşısını almasını istədiklərini deyib: “Serbiyadan çox müsbət cavab aldıq. Bu istiqamətdə irəliləyiş gözləyirik”. Bu ilin əvvəlindən Qərbi Balkan marşrutundan Aİ ölkələrinə 106 min nəfərin daxil olduğu, keçən illə müqayisədə 170 faiz artımın müşahidə edildiyi bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti