İran Avropanın 4 qurumuna sanksiya tətbiq edəcək

   İran Avropanın 4 qurumuna sanksiya tətbiq edəcək
  19 Oktyabr 2022    Oxunub:1002
İran Avropanın 4 qurumuna və 15 rəsmi şəxsinə sanksiyalar tətbiq edəcək. Bu adamların İrana daxil olması və hər hansı bir təşkilatla əlaqələri qadağan ediləcək.
Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib. O bildirib ki, Avropa İttifaqının İrana tətbiq etdiyi sanksiyalara cavab veriləcək.

Ə.H.Abdullahian Avropanı İranın daxili işlərinə qarışmaqda ittiham edib və cavab addımı olaraq Avropanın rəsmilərinə və bəzi qurumlarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib. İranın xarici işlər naziri bu barədə əlavə məlumatın veriləcəyini də nəzərə çatdırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti