Böyük Məscidin günbəzi uçub

Böyük Məscidin günbəzi uçub
  19 Oktyabr 2022    Oxunub:1018
İndoneziyanın paytaxtı Cakartada baş verən yanğın nəticəsində Koca rayonundakı İslam Mərkəzinin Böyük Məscidinin günbəzi uçub.
AzVision.az “Tribunnews”a istinadən xəbər verir ki, məscidin günbəzinin uçması zamanı ətrafda çox sayda insan olub.

İlkin məlumata görə, yanğın məscidin günbəzində aparılan qaynaq işləri nəticəsində başlayıb.

Yanğın başlayan zaman məsciddə insanların olduğu güman edilir. Amma qurbanlar barədə hələlik məlumat yoxdur. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
AzVision.az



Teqlər:



Xəbər lenti