ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərəcək

   ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərəcək
  19 Oktyabr 2022    Oxunub:1188
ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupu göndərəcək.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında müəyyən sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir.

Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan şərti sərhədi boyu ərazilərə səfər edəcək, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti