İrana Moskvaya ötürülən silahlara görə sanksiya tətbiq ediləcək

 İrana Moskvaya ötürülən silahlara görə  sanksiya tətbiq ediləcək
  20 Oktyabr 2022    Oxunub:1077
ABŞ İranın Rusiyaya təhlükəli silah ötürməsinin qarşısını almaq üçün müttəfiqləri ilə işləməyə və məhdudlaşdırıcı tədbirlər görməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Biz Rusiyaya təhlükəli silahların ötürülməsinin qarşısını almaq üçün müttəfiqlər və tərəfdaşlarla işləməyə sadiqik. Biz bu çatdırılmalarda iştirak edən bütün şəxslərə qarşı sanksiyalar və digər alətlər tətbiq etməkdən çəkinməyəcəyik”-deyə, məlumatda vurğulanıb.

ABŞ XİN əlavə edib ki, Vaşinqton Ukraynaya təhlükəsizlik, o cümlədən hava hücumundan müdafiə sahəsində yardımı artırmağa davam edəcək ki, Ukrayna özünü bu cür silahlardan müdafiə edə bilsin.

Xatırladaq ki, Avropa İttifaqı İranın beynəlxalq qanunlara zidd olaraq Ukraynanı işğal etmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket sistemləri verdiyini bəyan edib.
Ukraynanın prezidenti Volodimir Zelenski isə dünən deyib ki, onlar bir ay ərzində İran istehsallı 233 “Şahed” pilotsuz uçuş aparatını məhv ediblər. O, xalqa müraciətində deyib ki, “Yalnız bu gün təkcə Kiyev istiqamətində 10 İran istehsallı pilotsuz uçan aparatı məhv edilib. Daha 11 “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri sayəsində vurulub”.

AzVision.az



Teqlər: Ukrayna   İran  



Xəbər lenti