Ərdoğan Azərbaycana yola düşüb

   Ərdoğan Azərbaycana yola düşüb
  20 Oktyabr 2022    Oxunub:1423
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, Türkiyə Prezidentinin təyyarəsi Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Azərbaycana səfər proqramı çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, Zəngilanda “Dost Aqropark”ın açılış mərasiminə qatılacaq.

Eyni zamanda, Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.

Bundan sonra Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirəcək, birgə mətbuat konfransında çıxış edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti