İran mütəxəssisləri rus hərbçilərə PUA təlimləri keçəcəklər

      İran mütəxəssisləri    rus hərbçilərə PUA təlimləri keçəcəklər
  20 Oktyabr 2022    Oxunub:1693
Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə üzrə iranlı məsləhətçilər və təlimatçılar Rusiyaya gəliblər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"İlkin məlumatlara görə, İran və Rusiya Federasiyasının rəhbərliyi zərbə PUA-larından istifadəyə dair məsləhətçilər və təlimatçılar göndərmək barədə razılığa gəliblər. Xüsusilə, burada mövcud "Şahed-136" PUA-larının operatorlarının hazırlanması və "Arash-2" PUA-larının mütəxəssislərinin təlimatlandırılması nəzərdə tutulub”, - Baş Qərargahın məlumatında deyilir.

Xatırladaq ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski bir ay ərzində İran istehsallı 233 “Şahed” pilotsuz uçuş aparatını məhv etdiklərini bəyan edib.

O, xalqa müraciətində deyib ki, “Yalnız bu gün təkcə Kiyev istiqamətində 10 İran istehsallı pilotsuz uçan aparat məhv edilib. Daha 11 “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri sayəsində vurulub”.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti