ABŞ Ukraynaya 50 milyard dollarlıq yardım paketi ayıra bilər

   ABŞ Ukraynaya 50 milyard dollarlıq yardım paketi ayıra bilər
  20 Oktyabr 2022    Oxunub:996
ABŞ Konqresi ilin sonuna qədər Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketinin ayrılmasını təsdiqləyə bilər.
AzVision.az xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, noyabrın 8-nə təyin edilmiş aralıq seçkilərin nəticələrinə əsasən, yeni tərkibli Konqres yanvarda Ukraynaya yardımla bağlı daha skeptik mövqe tuta bilər. Buna əsaslanaraq, qanunvericilər ilin sonuna qədər Kiyevə milyardlarla dollar ayırmağı nəzərdə tutulurlar.

Nəşr qeyd edib ki, Co Bayden administrasiyası hələlik müvafiq tələblə qanunvericilərə müraciət etməyib.

AzVision.az



Teqlər:



Xəbər lenti