"Türkiyə ordusunda qadağan olunmuş silah yoxdur" - Milli Müdafiə Nazirliyi

   "Türkiyə ordusunda qadağan olunmuş silah yoxdur" -    Milli Müdafiə Nazirliyi
  20 Oktyabr 2022    Oxunub:1003
Türkiyə ordusunda beynəlxalq konvensiyalarla qadağan olunmuş silah və sursat olmayıb və yoxdur. Bu növ silahın istifadəsi ilə bağlı məlumatların heç bir əsası yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

Nazirlikdən bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətləri barədə vaxtaşırı olaraq antitürk dairələri tərəfindən yalan məlumatlar yayılır.

"Türkiyə ordusuna qarşı dezinformasiyalar Türkiyə Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində çıxılmaz vəziyyətdə qalan PKK terrorçuları və onların ortaqlarının iflasının göstəricisidir", - deyə açıqlamada bildirilir.

Qeyd edilib ki, Türkiyə ordusunun əməliyyatlarının yeganə məqsədi terrorçuları məhv etməkdir. Eyni zamanda, orduda mülki əhalinin, eləcə də irs obyektlərinin qorunmasına xüsusi diqqət yetirilir. Terrorçuların ədalət qarşısında təslim olmaqdan başqa çarəsi yoxdur.

AzVision.az



Teqlər:



Xəbər lenti