Ermənistan prezidenti Moskvaya gedir

   Ermənistan prezidenti Moskvaya gedir
  21 Oktyabr 2022    Oxunub:1246
Yaxın vaxtlarda Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyanın Moskvaya səfəri planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, səfərin məqsədi Qarabağ məsələsini, Rusiyanın bölgədəki mövcudluğunu müzakirə etməkdir.

“Hraparak” yazır ki, Rusiyanın müxtəlif yüksək rütbəli dairələri Cənubi Qafqazda başqa ölkələrin güclənməsilə razılaşmaq fikrində deyillər. Eyni zamanda sülhməramlıların Qarabağdan çıxarılmasının əleyhinədirlər.

AzVision.az


Teqlər:



Xəbər lenti