Əslində isə hər şey aydın idi. İran Araz çayı sahilində keçirdiyi bu təlimlərlə Azərbaycana siyasi mesajlar verməyə çalışırdı. Çünki Tehran təlimlərdə 60 tona qədər çəkiyə tab gətirə bilən üzən körpülərdən də istifadə edib. 227 metrə qədər uzunluqda və 7 metr enində olan bu körpünün Arazda qurulması cəmi 30 dəqiqə çəkib.
İran Araz çayını keçməyə hazırlaşır? - VİDEO |
İranın Azərbaycan torpaqları işğalda qaldığı 30 ilə yaxın bir müddətdə deyil, məhz indiki həssa dönəmdə Araz sahillərində belə genişmiqyaslı təlimlər keçirməsi bir sıra suallar doğurur. "Ermənistan-İran Strateji Əməkdaşlığın İnkişafı Mərkəzinin" təsisçisi Pouya Hüseyni məlum arzuolunmaz proseslərə toxunaraq deyib ki, rəsmi Tehran bu cür gedişlərlə guya İranla sərhəddə hansısa hərbi gərginliyin qarşısını almağa çalışır.
O, sosial şəbəkələrdəki hesabında etdiyi paylaşımında İran İslam İnqilabı Keşikçilərinin quru qoşunlarının komandanı, general Məhəmməd Pakpurdan sitat gətirib: “İslam İnqilabı Keşikçiləri Korpusunun təlimləri müəyyən ambisiyaları olan ölkələrə ( Çox güman ki, Türkiyə və Azərbaycanı nəzərdə tutur - red.) bir mesajdır. Sionist rejim regionun bir sıra dövlətləri ilə əlaqələrindən sui-istifadə edərək İranın bəzi qonşu ölkələrində bazalar yaratmağa çalışır. Lakin İran İslam Respublikasının hərbi qüvvələri və SEPAH-ın quru qoşunları sionistlərə belə planları reallaşdırmağa imkan verməyəcəklər. Sərhədyanı ölkələrdə hər hansı təhlükə ocağını yaranmağa qoymayacağıq".
Maraqlıdır ki, Pouya Hüseyni təlim paylaşımında sıra ilə İran, Ermənistan Türkiyə və Azərbaycan bayraqlarını da işarələyib.
Tural Tağıyev
AzVision.az