Ərdoğan: "Qardaşım İlham Əliyevin bu məsələyə münasibəti müsbətdir"

      Ərdoğan:    "Qardaşım İlham Əliyevin bu məsələyə münasibəti müsbətdir"
  21 Oktyabr 2022    Oxunub:1015
Rəcəb Tayyib Ərdoğan Avropadakı qaz böhranına qarşı Türkiyə və Azərbaycanın əhəmiyyətindən danışıb.
AzVision.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Avropanın gözləntilərindən danışıb:

"Gözləntiləri nədir? Türkiyə bu işin mərkəzinə çevrilərsə, mavi qaz tələbləri qarşılanacaq, ya yox? Onların istəkləri bu suallara cavab tapmaqdır. Eynilə, Azərbaycanın təbii qazına ehtiyac olarsa bu TANAP vasitəsilə qarşılnacaq?

Görürəm ki, qardaşım İlham Əliyevin bu məsələyə münasibəti müsbətdir. Bunları qiymətləndirib, inkişaf prosesini buna uyğun dəyərləndirib addımlarımızı atacağıq”, -deyə Türkiyə Prezidenti vurğulayıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti