Naxçıvana yolun açılması vacibdir - Rusiya rəsmisi
"Eyni zamanda, Ermənistan ərazisindən, yəni Mehridən keçəcək dəmir və avtomobil yolunun tikilməsi Ermənistanın mövqeyindən asılıdır. Hazırda İran ərazisində Ermənistandan yan keçən yol çəkilir. Bu yolun inşası, təxminən, 2024-cü ilə qədər başa çatacaq. Bu yol İran, Türkiyə və əsasən Avropa bazarlarına çıxışı təmin edəcək. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturu böyük ölçüdə mövcuddur. Bunun vasitəsilə avtomobil və dəmir yolu daşımaları həyata keçirilir. Bununla belə, bu yol daşımalarla bağlı gözlənilən artıma cavab vermir. Odur ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin modernləşdirilməsinə və ötürücülük qabiliyyətinin artırılmasına ehtiyac var”, - deyə Rusiya rəsmisi bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


