Tramp İran və Çinlə bağlı gizli sənədləri özündə saxlayırmış

   Tramp İran və Çinlə bağlı gizli sənədləri özündə saxlayırmış
  21 Oktyabr 2022    Oxunub:1098
ABŞ-ın 45-ci prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahından Federal Təhqiqatlar Bürosu tərəfindən ələ keçirilən məxfi sənədlərin bir hissəsi İran və Çinlə bağlı məxfi kəşfiyyat məlumatlarına aiddir.
AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumatlı həmsöhbətlərinə istinadən yazır. FTB tərəfindən ələ keçirilən sənədlərin ən azı biri İranın raket proqramına, digərləri isə Çinlə bağlı çox həssas kəşfiyyat məlumatına aiddir.

“The Washington Post” həmsöhbətləri iddia edirlər ki, bu sənədlərdə olan məlumatların icazəsiz açıqlanması çoxsaylı risklər yaradacaq,

İran və Çinlə bağlı məxfi sənədlər FTB-nin ələ keçirdiyi ən həssas sənədlərdən sayılır.

Trampın evində avqustun əvvəlində axtarış aparılıb. Bu, ABŞ tarixində ilk belə presedentdir. Axtarış zamanı Federal Təhqiqat Bürosu məhkəmə sənədlərinə görə 11 mindən çox dövlət sənədi və fotoşəkili ələ keçirib.

Bunlar aBŞ-ın çox məxfi əməliyyatlarının əks olunduğu sənədlərdir. ABŞ Ədliyyə Departamenti Trampa qarşı dövlət sirrini və sənədlərin saxlanması rejimini pozmaqda ittiham edib ki, bu da onun həbsinə səbəb ola bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti