"Bu günə qədər meymunçiçəyindən 29 nəfər ölüb" - ÜST

   "Bu günə qədər meymunçiçəyindən 29 nəfər ölüb" -    ÜST
  22 Oktyabr 2022    Oxunub:986
Bu günə qədər dünyada meymunçiçəyi virusuna 73 min 437 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı meymun epidemiyası ilə bağlı hesabatında qeyd edilib.

ÜST-ün açıqlamasında bildirilir ki, oktyabrın 5-i ilə müqayisədə bu gün yoluxanların sayı 6,6 faiz artıb. Ümumilikdə bu dövrdə 4 min 537 yeni yoluxma halı aşkarlanıb. Meymunçiçəyi virisuna indiyə qədər dünyanın 109 ölkəsində rast gəlinib.

ÜST yay aylarında yoluxma hallarının artdığını, payızdan etibarən isə azalma müşahidə olunduğunu açıqlayıb.

Meymunçiçəyinə ən çox yoluxma 47 215 nəfər ilə Şimali və Cənubi Amerikada qeydə alınıb. Amerika qitəsini 25 056 hadisə ilə Avropa qitəsi izləyir. Digər qitələrdə yoluxma hallarının sayı 1000-dən aşağıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti