İspaniya NATO-nun şərq cəbhəsinə14 döyüş təyyarəsi göndərmək istəyir

İspaniya NATO-nun şərq cəbhəsinə14 döyüş təyyarəsi göndərmək istəyir
  22 Oktyabr 2022    Oxunub:791
İspaniya Müdafiə Nazirliyi NATO-nun şərq cinahını möhkəmləndirmək üçün Bolqarıstan və Rumıniyaya 14 qırıcı təyyarə yerləşdirəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, altı "Eurofighter" və 130 hərbçi yerli qüvvələrə təlim keçmək üçün noyabr-dekabr aylarında Bolqarıstana gedəcək. Növbəti yerləşdirmə 2023-cü ilin dekabr-mart ayları arasında Rumıniyaya nəzərdə tutulur. Buxarest isə səkkiz F18M döyüş təyyarəsi və 130 hərbçi qəbul edəcək.

Bununla yanaşı, Rumıniyada oktyabrın 17-dən etibarən 2023-cü ilin iyun ayının sonuna qədər fəaliyyət göstərəcək uzaqmənzilli havadan müşahidə radarı yerləşdiriləcək.

AzVision.az



Teqlər: İspaniya   NATO  



Xəbər lenti