Özbəkistanda hərbi anbarda partlayış : 3700-dən çox bina zədələnib

      Özbəkistanda hərbi anbarda partlayış :    3700-dən çox  bina zədələnib
  23 Oktyabr 2022    Oxunub:763
Oktyabrın 22-də Sırdərya vilayətində Özbəkistan Müdafiə Nazirliyinin anbarında baş verən partlayış nəticəsində 3700-dən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.
AzVision.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər.

"Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib", - deyə məlumatda bildirilir.

Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.

Özbəkistan Səhiyyə Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

AzVision.az



Teqlər:



Xəbər lenti