"Bayden və Pelosi dəli olub" - Tramp
“O, dəlidir, ağılsızdır. Biz onun siyasi karyerasına son qoyacağıq. Onun siyasi karyerası birdəfəlik başa çatacaq”,- deyə keçmiş prezident söz verib.
Trampın sözlərinə görə, eyni şey prezident Co Bayden, Senatda çoxluğun lideri Çak Şumer və digər radikal demokratlara da aiddir. Keçmiş dövlət başçısının fikrincə, demokratlar amerikalı ailələri artan qiymətlərlə “boğur” və Amerikanı məhv edirlər. O, ölkənin dağıdılmasına yol verən hakimiyyətdəkiləri də axmaq adlandırıb.
Tramp 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyə hazır olduğuna işarə edib. O, son prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bir daha bəyan edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


