İran Rusiyaya 40 qaz turbini verəcək

İran Rusiyaya 40 qaz turbini verəcək
  23 Oktyabr 2022    Oxunub:2756
İran müvafiq müqavilə çərçivəsində Rusiyaya 40 qaz turbinini verəcək. Bu barədə bazar günü İranın Qaz Mühəndisliyi və İnkişafı Şirkətinin icraçı direktoru Reza Noşədi bildirib.
"Qaz sənayesinin fəaliyyəti üçün lazım olan avadanlıq və qurğuların 85%-i İranda istehsal olunur", - Tasnim onun sözlərindən sitat gətirib.

“Bu səbəbdən biz Rusiya ilə İran istehsalı olan 40 qaz turbininin tədarükü üçün müqavilə bağladıq”,- Reza Noşədi bildirib.

İranın neft naziri Cavad Ouci oktyabrın 9-da bildirib ki, Rusiya və İran neft və qaz sənayesində 40 milyard dolları keçən sövdələşmələr bağlayıblar. Onun müavini isə qeyd edib ki, Rusiya İranda yerləşən altı neft və iki qaz yatağının işlədilməsinə başlamaq niyyətindədir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti