Conson tətilini yarımçıq qoyaraq İngiltərəyə qayıdıb

   Conson tətilini yarımçıq qoyaraq İngiltərəyə qayıdıb
  23 Oktyabr 2022    Oxunub:1045
Liz Tras İngiltərədə baş nazir vəzifəsindən istefa verdikdən sonra Mühafizəkarlar Partiyasında liderlik üçün seçki prosesi başlayıb. Yenidən liderliyə namizəd olacağı deyilən keçmiş baş nazir Boris Conson xaricdəki tətilinə ara verərək ölkəsinə qayıdıb.
Qeyd edək ki, Conson iyul ayında artan tənqidlər nəticəsində baş nazir vəzifəsindən istefa vermişdi. Lakin Mühafizəkarlar Partiyasındakı yeni tendensiya Consonu Karib dənizi tətilini yarımçıq kəsməsi ilə nəticələnib. Londonun Gatwick hava limanında görünən Conson maşınına minərkən mətbuat üçün pozalar verib və yenidən köhnə vəzifəsinə qayıtmaq istədiyini bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti