İran "şahedlər"inin üçdə biri hədəfə çatır - Ukrayna kəşfiyyatı

   İran "şahedlər"inin üçdə biri hədəfə çatır -    Ukrayna kəşfiyyatı
  24 Oktyabr 2022    Oxunub:1036
Rusların Ukraynada işə saldığı İranın “Shahed 136” kamikadze pilotsuz təyyarələrinin təxminən 30%-i hədəflərə çatır.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "Pravda"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya bu dronları daimi olaraq sifariş edir. Hazırda Moskva 1700-ə yaxın bütün növ dron sifariş edib. Lakin onlar hələlik istehsal və hazırlanma mərhələsindədir.

İranın PUA-ları Ukraynada vəziyyəti dəyişə bilərmi? - ARAŞDIRMA
Birdəfəlik çatdırılmada bir partiya təxminən 300 ədəd drondan ibarət olur. Hazırda Rusiya ikinci partiyadan istifadə edir.

Budanov qeyd edib ki, ruslar oktyabrın 22-də 330-a yaxın "Şahed"dən istifadə ediblər. Onlardan 222-si vurulub, digərləri hədəfə çatıb. Lakin vurulmayan dronlar da həmişə dəqiq işləməyiblər, bəzən düşməli olan ərazinin yaxınlığında partlayıblar. Ümumilikdə 30% dron hədəfə yönələ bilib.

Kəşfiyyat rəhbəri onu da vurğulayıb ki, Ukraynanın havadan müdafiə qüvvələri prinsipcə öz işinin öhdəsindən gəlir və uçaqların, raketlərin 70 faizi vurulur. Lakin "şahedlərin" istifadəsi ilə reallaşan terrorlar uzun müddət çəkə bilər. Eyni zamanda, ruslarda İranda olan pilotsuz təyyarələri qədər raket qalmayıb.

O həmçinin qeyd edib ki, Kremlin “İskəndər" raketlərinin təxminən 13% -i, “Kalibr-PL”, “Kalibr-NK”-lərin 43%, X-101 və X-555 raketlərinin isə 45%-i qalıb. 30%-dən aşağı düşmək isə ümumiyyətlə, çox təhlükəlidir. Çünki o, artıq hərbi dildə desək, "NZ" deməkdir. Yəni toxunulmaz ehtiyat... Rusiya "İskəndər"lərlə bağlı çoxdan "NZ" səviyyəsini keçib. Lakin ruslar hələ də "Kalibr" və X-101, X-555-lərin sayının normada saxlanılması üçün çalışırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   İran   Dron  





Xəbər lenti