Kadırovun ailəsi ona hərbi əsir hədiyyə etdi - FOTOLAR

 Kadırovun ailəsi ona hərbi əsir hədiyyə etdi - FOTOLAR
  24 Oktyabr 2022    Oxunub:3639
Çeçenistan rəhbəri Ramazan Kadırovun oğlanlarının ona hərbi əsir hədiyyə etməsi görüntüləri dünyanın gündəminə çevrilib.
Oğlanları -14 yaşlı Adəmi, 15 yaşlı Əlini və 16 yaşlı Əhmədi Ukraynadakı döyüşlərə göndərməklə böyük müzakirələrə səbəb olan Kadırov ötən gün şəxsi sosial media hesabından açıqlamalar verib. Çeçenistan rəhbəri övladlarının əsir götürdükləri Ukrayna əsgərlərini hərbi qənimət adlandıraraq onların görüntülərini paylaşıb.

Başlarına kisə keçirilən hərbi əsirlər atalarına “müharibə qəniməti” kimi hədiyyə edilir. Əsir düşən əsgərlərin kim olduğu barədə heç bir açıqlama verilməyib.

Oktyabrın əvvəlində övladlarını döyüşə göndərən Kadırovun uşaqları sonuncu dəfə Mariupolda görünüb.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti