Rəisi ABŞ-ı ittiham etdi: "İranda iğtişaşlar törədirlər"

      Rəisi ABŞ-ı ittiham etdi:    "İranda iğtişaşlar törədirlər"
  25 Oktyabr 2022    Oxunub:852
Amerika Birləşmiş Ştatları (ABŞ) sanksiyaların səmərəsizliyi səbəbindən “informasiya terrorizmindən” istifadə etməyə başlayıb. AzVision.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.
Rəisi Tehranda keçirilən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Baş Assambleyasında çıxışı zamanı qeyd edib ki, "Birləşmiş Ştatlar artıq sanksiyaların nəticə vermədiyini anlayıb. Ona görə də onlar başqa üsullardan istifadə etməyə başladılar... İnformasiya terroru əsas problemdir".

Onun sözlərinə görə, xüsusilə Vaşinqton İranda iğtişaşlar törədir və bütün bunlar səhv hesablanmış addımlardır.

İslam Respublikasının rəhbəri həmçinin bəyan edib ki, Qərb dünyasından kənarda bir çox güc mərkəzləri yaranıb və çoxqütblü dünya quruculuğu dayandırıla bilməz.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   ABŞ   İğtişaş  





Xəbər lenti