Çexiya Rusiya vətəndaşlarına viza verməyəcək

Nazirin sözlərinə görə, Çex Respublikası səfərbərlikdən qaçaraq sığınacaq istəyən rusiyalılara da viza verməkdən imtina etməlidir. Lakin ölkə Prezidenti Miloş Zeman nazirin fikri ilə razılaşmayıb və həmin şəxslərin respublikanın təhlükəsizliyinə heç bir təhlükə törətmədiyini vurğulayıb.
Beləliklə, Çex Respublikası sərhədlərini Rusiya vətəndaşlarına bağlayan altıncı ölkə oldu. Xatırladaq ki, bundan əvvəl Latviya, Litva, Estoniya, Finlandiya və Polşa da sərhədlərini rusiyalılara bağlayıblar.
Bu ölkələrə yalnız qohumlarını ziyarət edən Rusiya vətəndaşları, habelə dissidentlər, yük maşını sürücüləri və diplomatlar daxil ola bilər. Bu ölkələrin hökumətləri humanitar əsaslarla ölkəyə giriş imkanını saxlayıblar. Lakin belə hallar fərdi formada nəzərdən keçiriləcək.
Xatırladaq ki, sentyabrın 12-də Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb.
AzVision.az
Teqlər: