İrəvan və Ankara tezliklə sərhədlərarası ticarətə başlaya bilər

   İrəvan və Ankara tezliklə sərhədlərarası ticarətə başlaya bilər
  25 Oktyabr 2022    Oxunub:946
Ermənistan və Türkiyə tezliklə sərhədlərinin açılması və sərhəd ticarətinin təşkili üçün ilk ciddi addımları ata bilər. Bu barədə Türkiyənin diplomatik mənbələrinə istinadən “Sabah” qəzeti məlumat yayıb.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşməyə hazır olduğunu bildirmişdi.

Bundan əlavə, Çavuşoğlu münasibətlərin normallaşmasına dair danışıqların istər Ermənistanda, istərsə də Türkiyədə aparılmasına dair ən yüksək səviyyədə razılaşmanın əldə edildiyini bildirib.

Nəşrin yazdığına görə, iki ölkənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıç arasında Vyanada keçirilən son görüşdən sonra əldə olunan razılaşmalara görə, sərhədin açılması və sərhəd ticarətinin qurulması məsələsini müzakirə edəcək ekspertlər qrupu Türkiyədə görüşəcəklər.

Diplomatik mənbələr Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son hadisələri müsbət qiymətləndirirlər.

Eyni zamanda, iki ölkə arasında sərhədin açılmasını İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması ilə əlaqələndirirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti