Ərdoğan Kral III Çarlz ilə danışıb

Ərdoğan Kral III Çarlz ilə danışıb
  25 Oktyabr 2022    Oxunub:1229
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kralı III Çarlz ilə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, danışıq zamanı Türkiyə-Birləşmiş Krallıq əlaqələri müzakirə edilib.

Prezident Ərdoğan iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə əsaslanan münasibətlərin, bir çox sahələri əhatə edən güclü əməkdaşlığın yeni dövrdə də inkişaf edəcəyinə inandığını bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti