“Rusiya ilə gərginlik İrəvanın İranla münasibətlərini pisləşdirəcək" - Danielyan

“Rusiya ilə gərginlik İrəvanın İranla münasibətlərini pisləşdirəcək" -    Danielyan
  26 Oktyabr 2022    Oxunub:969
Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. Moskva ilə İrəvan arasında yaranmış siyasi-diplomatik qalmaqallar Nikol Paşinyan açıq şəkildə Qərbə meyllənməsi ilə daha da çoxaldı.
Politoloq Stepan Danielyan "Mamul"a verdiyi açıqlamada ölkəsin odla oynadığını deyib.

- Ermənistanla Rusiya arasındakı gərginlik artıq ictimai xarakter alıb. Bu, Ermənistan-İran münasibətlərinin pisləşməsinə səbəb ola bilər.
İndiki proseslər sadəcə “gərginlik”lə bitməyə də bilər. Tutaq ki, bir neçə gündən sonra ABŞ seçkilərində respublikaçılar Konqresin yuxarı və aşağı palatalarına nəzarət etməyə başladı. Nəticədə prezidentin hökm etmək gücü iflic olacaq. Bundan sonra isə Ukraynaya yardımların, xərclərin qanuniliyini araşdırmağa başlayacaqlar. Yaxud da deyək ki, Baydenin impiçmentinə başlanılır və ya onun demensiyası sürətli hal alır. Bu mənada ABŞ-ın daxili problemləri dərinləşəcək. Bəs bundan sonra Ermənistandakı mövcud rejimin müdafiəsinə kimlər qalxacaq və bizim regionda nələr baş verəcək?

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İran  





Xəbər lenti